“Kolin İnşaat”-ın rəhbərliyi bədbəxt hadisəni gizlədib –İLGİNC FAKTLAR

15.03.2024 - 14:22

Türkiyəli iş adamı Barış Altıparmak növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimələnib. İş adamı bu dəfə İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə ittiham edilib.
Bu maddə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Barış Altıparmak “Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəridir.
İş adamına qarşı ittihamdan belə başa düşülür ki, onun rəhbərlik etdiyi şirkətdə bədbəxt hadisə baş verib. Barış Altıparmak isə faktı gizlədib. Bununla belə, iş adamı dövlət xidmətinin qərarı ilə razılaşmayıb. O, şikayət ərizəsi ilə məhkəməyə müraciət edib. İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Dövlət Əmək Müfəttişliyi Xidməti bundan əvvəl Barış Altıparmakı İnzibati Xətalar Məcəlləsinin 198.1.7-ci (İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsi) maddəsi ilə cərimələnmişdi.
İş adamı bu qərara da etiraz edərək məhkəməyə müraciət etmişdi. Bu işin nəticəsi barədə açıq mənbələrdə heç bir məlumata rast gəlinmir./valyuta.az/

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199348

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930