Əhəd Abıyev “Neftçi”yə prezident gətirilir

01.04.2024 - 12:30

Daşkəsənin keçmiş icra başçısı Əhəd Abıyev “Neftçi” klubuna prezident gətirilir. Bu barədə Cumhuriyyet.net-ə verilən məlumatda deyilir. Sabiq məmur uzun müddət vəzifəsiz qaldıqdan sonra ona etimad göstərilərək “Neftçi”yə prezident təyin olunmasına qərar verilib. Məlumatda deyilir ki, qərar yaxın günlərdə açıqlanacaq. Hazırda Fərrux Mahmudov “Neftçi” Peşəkar Futbol Klubunun prezidentidir.

Onu da bildirək ki, Əhəd Abıyevin futbol dünyasında adının hallanması ilə bağlı bu ilk deyil. Belə ki, cumhuriyyet.az media üzərindən apardığı araşdırmalara əsasən bildirir ki, hələ 2010-cu ildə  Abıyevlər o vaxtlar özlərini nəinki  bütün cənub bölgəsinin sahibi saydığı zamanlarda “Palmali” Şirkətlər Qrupunun sahibi, “Xəzər Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimov Masallıdakı stadionu alıb. M.Mənsimovun Masallıda futbol akademiyası açacağı da bildirilirdi. Həmin vaxt bu məlumatı mətbuata verdiyi açıqlamada “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov da təsdiqləmişdi. T.Nadirov bildirmişdi ki, ən yaxın vaxtlarda stadionda əsaslı təmir işlərinə başlanılacaq. Bu məlumat Masallı əhalisini də sevindirmişdi. Əslən Masallıdan olan M.Mənsimov öz doğma rayonuna indiyə qədər bir manat da yatırım qoymayıb. Əhali düşünürdü ki, M.Mənsimovun Masallıda futbol akademiyası açması bu işin başlanğıcı olacaq, bölgədə canlanma yaranacaq, yeni iş yerləri açılacaq. Ancaq stadionun ərazisində heç bir iş görülmədi. Deyilənə görə, Mübariz Mənsimova zəng edən Əhəd Abıyev onu “sən Masallıya gələ bilməzsən, əgər gəlsən, səni ağır cəzalandıraram” deyə hədələyib”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199818

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930