“Bank Respublika” vətəndaşın əmanətini batırdı – VİDEO

29.05.2024 - 16:35

2008-ci ildə “Bank Respublika”ya 5 min manat əmanət yatıran Bakı şəhər sakini Cəfərov Tahir Tağı oğlu bankdan pulunu geri ala bilmir. “Bank Respublika”dan ona bildiriblər ki, pulu batıb. Tribunainfo.az xəbər verir ki, şikayətçi tanınmış rəssam-fotoqraf, prezidentlərin rəssam-fotoqrafı olan Tahir Cəfərovdur. O bildirib ki, 16 il əvvəl banka yatırdığı pul səbəbsiz yerə batıb:

“ “Bank Respublika”ya 2008-ci ildə 5 min manat pul qoymuşam. Üstündən 16 il keçib. İndi bankdan pulumu ala bilmirəm. Mənə deyirlər ki, bu pul batıb gedib. Pulu qoyanda mənə “Bank Respublika”dan əmanət kutabçası da verdilər və indiyə qədər də onu saxlamışam. İndi gətirib özlərinə verirəm. Deyirlər, pul yoxdur, batıb.
Mərkəzi Banka da müraciət etmişəm. Ordan da deyirlər ki, pulunuz batıb. Deyirlər, gərək vaxtında gəlib pulunuzu alardınız. Gəlib aparmamısız deyə pul batıb. Deyirəm, mənə bu barədə bildiriş verməmisiniz ki, gəl pulunu apar. Əgər belədirsə, pulun bankdan qalması təhlükəlidirsə, qadağandırsa, mən gedib başqa banka qoyardım pulumu. Bu müddət ərzində qoyduğum pulun faizini də almamışam.
Pulum etibarlı yerdə qalsın deyə qoymuşdum banka ki, qocalanda lazım olar. İndi qocalımışam və bu pul mənə lazımdır. Mən bankdan öz pulumu almaq istəyirəm, borc götürmürəm, pul istəmirəm ki. Öz pulumu geri istəyirəm. Ancaq ala bilmirəm. Səbəb də odur ki, mən guya pulumu gec götürdüyüm üçün pulum batıb”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=200757

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031