ŞOK İTTİHAM: “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov pensiya üçün rüşvət istədi

03.06.2024 - 10:59

Şəmkir rayonu, Dəllər qəsəbəsinin sakini Hüseynov Heydər Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov ondan rüşvət təlbə edib:

“Mən, Hüseynov Heydər Hüseyn oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Məlumat üçün deyim ki, özüm insult keçirmiş, xəstə adamam. 30 il “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) işləmişəm. Güzəştli pensiya üçün müraciət edirəm, vermirlər.

Şəxsən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rüstəmov Rövşən Mürvət oğlu məndən pul tələb edib ki, sənəd versin. “Pul vermirsənsə, sənə pensiya düşmür”, – deyirlər. Müalicələrim üçün pensiyaya ehtiyacım var. Xahiş edirəm ki, müraciətimi işıqlandırın, “yuxarı”da oturan səlahiyyətli şəxslər bilsin və görsün ki, necə rəhbərlər var. Açıq-aşkar məndən pul tələb edirlər. Mənim isə onlara verəsi pulum yoxdur”.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Short URL: http://www.cumhuriyyet.net/?p=200924

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031