Azadlığa buraxılan gömrük generalının adı məhkəmə işində: “Ehtiram Xəlilovun göstərişi ilə etmişəm…”

Bu dövlət mükafatları Ehtiram Xəlilovun iqtidar düşərgəsindəki gücünün görüntüsünün rəsmi tərəfidir.Qeyri-rəsmi tərəfi isə onun yükəsk vəzifəli şəxslərlə çox yaxın münasibətlərə malik olduğunu göstərən məlumatlardır. Belə ki, Ehtiram Xəliovun 2011-ci ildə yeganə övladının toy mərasiminə gələnlər arasında hökumətin əkəsər üzvülərinin, deputatların və çox sayda icra başçısı, prokuror və polis rəisinin iştirakı haqqında məlumatlar var. Eyni zamanda cunhuriyyet.az olaraq bildirək ki, övladının toyundan az sonra Ehtiram Xəlilovun qudası Mahmud Qubadov Qaradağ rayonuna icra başçısının müavini təyin edilməsinə nail olması, onun gücünü göstərirdi.Daha güclü olması isə odur ki, gənclərin nigahı pozulduqdan dərhal sonra Mahmud Qubadov Qaradağ rayonuna icra başçısının müavini vəzifəsindən azad olunur.
Mahmud Qubadovun bu təyinat və işdən çıxarılmasında Kəmaləddin Heydərovun böyük rol oynadığı iddia edilir. Bu arada isə dövlətin ali mükafatlarına layiq görülmüş və hökumətin əksər üzvüləri ilə şəxsi münasibətləri olan bir generalın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmasını gömrükçülər qorxu içində qarşılayıblar.Gömrükçülər Ehtiram Xəlilovun həbsinin 200 min manat rüşvətlə bağlı olmadığını da düşünürlər.Onlar arasında belə bir fikirlər var ki, məsələ sadəcə rüşvət almaq olsaydı bu işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həyata keçirdərdi.
Çünki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərovun həbsini də sistemdə Ehtiram Xəlilovun saxlanılmasından sonrakı nəticələrdən biri hesab edirlər. Gömrükçülər Ehtiram Xəlilov ətrafında əməliyyatı gömrükdə “təmizlənmə” nin başlanğıcı hesab edirlər.
Onu da qeyd edək ki,xidmətə 1997-ci ildə başlayan Ehtiram Xəlilov 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi, 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük İdarəsinin rəisi, 2013-2018-ci illərdə isə Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifələrində çalışıb. O,2018-ci ildə “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsinə təyin edilib
Short URL: http://www.cumhuriyyet.net/?p=201505