“Harika” içkilərinin tərkibində 5 zərərli qida əlavəsi var – Foto

25.06.2024 - 17:39

“Avrora” MMC-nin sifarişi ilə “Berg Energy” tərəfindən istehsal edilən xüsusilə uşaqların içdiyi “Harika” içkilərinin tərkibində zərərli qida əlavələrinin olduğu məlum olub. Bu barədək hətta sözügedən içkilərin qablaşdırmasında da məlumat yerləşdirilib.

Tribunainfo.az xəbər verir ki, qara tut və frenk üzüm qarışımı tərkibli qazlı “Harika” içkilərinin tərkibində 3-ü zərərli və təhlükəli olmaqla 5 qida əlavəsi var. Ən acınacaqlısı isə odur ki, bu zərərli maddələrlə zəngin olan içki yaşı 10-dan yuxarı olanlar üçün nəzərdə tutulub.
Tərkibi təmizlənmiş su, şəkər, limon duzu (E330), konservantlar natrium benzoat (E211), kalium sorbat (E202), rəngləndiricilər prlaq mavi (E133), qırmızı (E163), dad-atomat əlavələrindən ibarətdir.
“Harika”nın içindəki bu qədər qida əlavəsi insan orqanizmində, xüsusilə uşaqlarda müəyyən xəstəliklər, narahatlıqlar yarada bilir. Sözügedən içkinin tərkibində olan qida əlavələrindən biri isə (E211) ümumiyyətlə şübhəli bilinən və istifadəsi qadağan edilən əlavələrdəndir.
İçkinin tərkibindəki digər təhlükəli qida əlavəsi E330-dur. Bu qida əlavəsi xərçəng riski yaradan əlavə hesab edilir. E202 əlavəsi isə kiflənmənin qarşısını alan maddədir. Bu qədər zərərli maddə ilə zəngin olan içkinin orqanizmə zərərini təsvir etmək isə qeyri mümkündür.

Mütəxəssislər tərkibində zərərli qida əlavələri olan bu kimi qidalardan uzaq durmağı məsləhət görür.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=201819

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031