Qalmaqallı Ramil Həsən yenidən deputat olacaqmı?

06.07.2024 - 11:10

Deputat Ramil Həsənin yenidən parlamentə düşməsi ehtimalı az qiymətləndirilir. Tribunainfo.az yazır ki, buna bir neçə amil təsir edir. İlk növbədə Ramil Həsən yaddaşlarda otellərdən birində karantin dövründə maska qalmaqalı ilə qalıb. Vəkil Muxtar Mustafayevlə deputat arasında bir mübahisə yaşanmış və videosu yayılmışdı. Həmin məkanda M.Mustafayev Moldova əsilli, britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak edib.
Almari Vael Süleymanın keçmiş həyat yoldaşının hazırda deputat Ramil Həsənlə evli olduğu bildirilir. Yayılan məlumata görə, britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıda deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət etmişdi.
Üstəlik, deputat Fəzail Ağamalı onun emosional davranışını qınamışdı. Yəni bu məsələ ilə reputasiyası zədələnib.
İkinci səbəb isə Ramil Həsənin deputat kimi aktiv fəaliyyətinin olmamasıdır. Onun parlamentdə, mətbuatda az sayda çıxışlarını görmək olar..

Short URL: http://www.cumhuriyyet.net/?p=202437

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031