Süleyman Mikayılov məmur kimi karyerasının son günlərini yaşayır

10.07.2024 - 11:48

Azərbaycan hakimiyyətində dəyişikliklər davam edəcək. Bu prosesin icra başçılarının timsalında daha geniş vüsət alacağı gözlənilir.  Yenisabah.az postundan uzaqlaşdırılacaq növbəti icra başçısının adını öyrənə bilib. Məlum olub ki, Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov məmur kimi karyerasının son günlərini yaşayır. Onunla bağlı müvafiq sərəncamın yaxın günlərdə imzalanacağı gözlənilir.

Süleyman Mikayılovun “vurulması” onun fəaliyyətindəki nöqsanlarla əlaqələndirilir. Bildirilir ki, Qaradağ rayonunun inzibati ərazisinə daxil olan qəsəbələrdə mövcud problemlərin həlli istiqamətində təsirli tədbirlərin görülməsi əhali arasında sosial narazılığı artırıb.

Müvafiq dövlət qurumlarına daxil olan şikayətlərin sayının artması Mikayılova bağlı daha sərt tədbir görülməsini qaçılmaz edib.

Qeyd edək ki, Süleyman Mikayılov ölkənin ən stajlı icra başçılarından biridir. O, 2005-2010-cu illərdə Yardımlı və Lənkəran rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 4 mart 2010-cu ildə Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub.

Mətbuatda ən çox tənqid olunan məmurlardandır.

Short URL: http://www.cumhuriyyet.net/?p=202718

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930