İmamverdi İsmayılovun 30 illik deputatlığı sona çatır

15.07.2024 - 13:31

Sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində Milli Məclisin 1, 2, 3, 4, 5 və 6-cı çağırış deputatı olmuş İmamverdi İsmayılov yenidən seçkilərə qatılmaq istəyir.

AzFakt.com xəbər verir ki, İmamverdi İsmayılov yenidən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputat seçilmək niyyətindədir.

Onun hazırda iqtidarın yuxarı dairələri və YAP rəhbərliyi ilə danışıqlar apardığı bildirilir. Məlumata görə, iqtidar yetkililəri İmamverdi İsmayılovun yenidən deputat olmasına hələ ki, müsbət yanaşmırlar.

Bildirək ki, İmamverdi İsmayılov 24 ildir Milli Məclisdə deputat kimi fəaliyyət göstərir. Parlamentin lal deputatlar siyahısına düşən İsmayılov daha çox müxtəlif qalmaqalları ilə mətbuatın gündəminə düşüb.

Onuda qeyd edək ki, İmamverdi İsmayılov Milli Məclisin varlı deputatları siyahısındadır. Onun Sumqayıt şəhərində restoranları, şadlıq evləri, internet-klubları və dükanlarının olduğu deyilir. Həmçinin Sumqayıtda tikinti mallarının biznesində, Sumqayıt maşın bazarında payının olduğu bildirilir. Həmçinin ölkənin müxtəlif bölgələrində müxtəlif biznes sahələrinə sahibdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=203003

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930