Ülvi Quliyev seçki problemləri içində: Seçicilər üsyan edir, YAP namizədi sıxışdırır – VİDEO

06.08.2024 - 14:14

15 saylı Yasamal birinci dairəsindən namizədi olan Ülvi Quliyev seçicilərlə ciddi problem yaşayır. Bu barədə məlumat verən ALFA.TV bildirir ki, ötən çağırış bu dairədən mandat alan deputat bir dəfə də olsun sakinlərin arasına çıxmayıb, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində heç bir addım atmayıb. Bu laqeyidlik isə cavabsız qalmayıb.Biznesmen deputatın imzatoplama kampaniyasında seçicilər nəinki ona imza verməkdən imtina edib, hətta imza toplayan şəxslər bəzi ərazilərdə sakinlər tərəfindən qovulub. Düzdür, Ülvi Quliyev inzibati resurslardan istifadə edərək 500 imzanı DSK-ya təhvil verib və namizədliyi qeydə alınıb, aamma vəziyyət onu göstərir ki, təbliğat-təşviqat dövründə onun seçicilərin qarşısına çıxması böyük qalmaqal yarada bilər. Seçicilərin bildirdiyinə görə, yenidən eyni dairədən deputatlıq eşqinə düşən Ülvi Quliyevin seçiçilər arasında nüfuzu yoxdur və əksər seçicilərin isə bu adlı adlı deputatın varlığından xəbəri belə yoxdur. Buna görə seçki dairəsinin favoritinin Ülvi Quliyev olması barədə deyilənlər boş şeydir. Hakim partiyanın bu dairədən gənc namizədi Quliyev Əli Dilən oğlu biznesmen deputata ciddi problemlər yaşadacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=203128

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930