Sükan arxasında söhbət edənlər cərimələnəcək? – RƏSMİ AÇIQLAMA – VİDEO

21.10.2017 - 10:28

Bir neçə gündür sürücü Məhərrəm Quliyevin avtomobili idarə edərkən sərnişinlə söhbət etdiyi üçün cərimələnmə xəbərdarlığı alması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Cumhuriyyet.net-in məlumatına görə, hadisənin paytaxtın Nizami rayonunda baş verdiyi bilidirlir. Sürücünün sosial şəbəkələrdə yazdığı məlumata görə, dostu ilə avtomobildə söhbət etdiyi üçün polis inspektoru tərəfindən saxlanılıb.

Bu vaxt yol polisi əməkdaşı sürücüyə xəbərdarlıq edib ki, sükan arxasında olarkən sərnişinlə diqqəti yayındıra biləcək söhbətlər etməsin. Əks halda həmin sürücünü cərimə gözləyir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, yayılan informasiya düzgün deyil. Burda sürücüdən əvvəl ona mane olan sərnişin cərimə edilir.

”Yol hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək, hərəkət zamanı sükanı əlindən buraxmaq qadağandır. Əgər sürücü bu qaydalara əməl etməsə, qanunla 40 manat cərimələnəcək.

Bu məqamda belə bir sual yaranır ki, hansı söhbətin diqqət yayındırdığı polis tərəfindən necə müəyyən olunacaq?

Bölmə rəisinin sözlərinə görə, bunu yol polisi vizual baxışla asanlıqla müəyyən edə bilir.

Sürücülər sərnişinlərlə adətən uzaq yol çıxarkən söhbət etdiklərini deyirlər. Amma heç vaxt bu məsələyə görə cərimə olunmadıqlarını bilidirdilər.

Hər halda qanunda sürücünün danışmasının diqqət yayındırmasının necə müəyyənləşdirilməsi məsələsinin yol polisinin öhdəliyinə buraxması subyektivlik yaradır və görünən odur ki, bu, daim mübahisə mövzusu olacaq.

mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102043

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930