“Baku Electronics”dən müştəriyə onlayn satışda kələk

23.10.2017 - 11:25

“Baku Electronics”in servis xidmətinin yararsız olduğunu dəfərlərlə eşitmişdim, hətta özüm də buna şahid olmuşdum

Amma bu dəfə onların müştəri məmnuniyyətsizliyinin bir daha şahidi oldum.

Bunu AFN-ə adının çəkilməsini istəməyən Sumqayıt sakini deyib. Vətəndaşın sözlərinə görə, onlayn sifariş edib, amma xidmətdən məmnun qalmayıb: “Həftənin 3-cü günü sifarişi verdim, şənbə günü idi, amma hələ icra olunmamışdı. Həftənin 4-cü günü şəbəkənin 143 müştəri xidmətilə əlaqə saxlayıb sifarişi bir daha yenilədim. Bu gün (şənbə günü-red.) zəng edib sifarişin icrasını dəqiqləşdirmək istəyəndə sifarişi yenidən qəbul etdilər, yəni yeni sifariş kimi. Bundan başqa, məlum oldu ki, məhsul onlayn satışda birbaşa mağazadan alanda verilən qiymətə deyil, daha baha başa gəlir. Məhsulu faizsiz satırıq deyərək, komisyon haqq əlavə edir, bununla da “marketinq performansı” göstərirlər. Mənim özüm marketinq işindən az-çox məlumatlı adamam və buradan “Baku Elcetronics”in rəhbərliyinə səslənərək bildirirəm ki, çox böyük səhv edirlər. Bu marketinq və müştəri məmnuniyyətsizliyi olan şəbəkə yalnız və yalnız müştəri bazasını itirməkdə ola bilər. Bu, mağazanın korporativ imicinə də böyük zərbədir. “Baku Electronics”in marketinq siyasəti müştəri məmnuniyyətinə deyil, müştərini aldatmağa yönəlib”.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102159

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930