Çörəyindən məftil çıxdı – “Hacı Ramizin çörək sexi”nin məhsulu (FOTOLAR)

23.10.2017 - 13:34
Azərbaycanda çörəyin içindən məftil çıxıb.
Hadisə Xırdalanda baş verib. Belə ki, şəhər sakinlərindən biri məhəllə dükanlarından birindən aldığı çörəyi kəsərkən, bıçağın bərk materiala toxunduğunu hiss edib. Dilimi aralayanda isə çörəyin içində paslı məftil olduğunu görüb. İstehlakçı çörəyi hər hansı qablaşdırmada almadığını qeyd edib.
Onun sözlərinə görə, sözügedən çörəyin istehsal olunduğu yer Xırdalanda “Hacı Ramizin çörək sexi” kimi tanınır.
Bəs məftil necə olur ki, çörəyin içinə düşür?
Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri, qida eksperti Eyyub Hüseynov bildirib ki, belə hallar çörək sexlərində çalışan insanların standartlara riayət etməməsindən qaynaqlanır:
“Məni çörək sexlərindən birinə dəvət eləmişdilər. Gördüm ki, sexdəki qadınlar boyunlarında muncuq, qulaqlarında sırğa, əllərində üzük və s. ilə işləyirlər. Ciddi irad bildirdim. Qeyd etdim ki, burada kənar cisimlərin çörəyin tərkibinə düşməsi ehtimalı böyükdür. Belə olmaz. Əgər istehsal zamanı ərzaq məhsulunun tərkibinə kənar cisim düşürsə, bu o deməkdir ki, orada heç bir sanitariyadan söhbət gedə bilməz. Tam antisanitariya vəziyyətində olan bir şəraitdə hazırlanır. Belə sexlər artıq antisanitariya, təhlükəli qida istehsal edən yerlər kimi xarakterizə olunur. Müvafiq dövlət orqanları həmin sexlə bağlı işlər görməlidir. O iş yerləri dövlət standartlarına cavab verən yer halına gətirilməlidir”.
Ekspertin sözlərinə görə, belə sahibkarlar 400 manat cərimə oluna bilər: “Lakin sahibkarların yoxlanılması qadağandır. Belə bir şəraitdə isə ölkədə təhlükəli qida istehsal olunur”.
Qeyd edək ki, ölkəmizdə çörəyin içindən dəfələrlə yad cisimlərin çıxması faktı qeydə alınıb.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=102188

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930