Bakı meriyasının binası qarşısında kanalizasiya daşdı-VİDEO

21.11.2017 - 13:13

Səbail rayonu, İstiqlaliyyət küçəsi 4-də, Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında kanalizasiya quyusu daşıb, çirkab su yola axır.

Virtualaz.org saytının əməkdaşı xəbər verir ki, kanalizasiyanın daşması nəticəsində yolda gölməçələr yaranıb. Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da işə gələrkən həmin küçədən istifadə edir. Lakin artıq 1 saata yaxındır ki, tədbir görülmür.

Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə, göydən bir gilə düşən kimi kanalizasiya xətti daşır. “Şəhərin tən ortasında – merin istifadə etdiyi yolda kanalizasiya xətti sıradan çıxıb. Amma heç kim kanalizasiya xətlərinin niyə aşıb-daşması ilə maraqlanmır. Küçəboyu yağış barmaqlıqları qoyulub. Amma qanovların vaxtlı-vaxtında təmizləməməsi problem yaradır”, -sakinlər söyləyiblər.

Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət bildirmək istəməyiblər. Meriyanın adını söyləmək istəməyən əməkdaşı iddia edib ki, kanalizasiyanın daşmasında küçələri süpürənlər günahkardırlar. Çünki süpürgəçilər küçədəki zibili süpürüb barmaqlıqlara, kanalizasiya xəttinin üstünə tökürlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=105043

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930