Ramil Usubov qiyam zamanı həlak olan polisin oğluna vəzifə verdi – VİDEO

13.12.2017 - 13:58

Məhbus qiyamının yatırılması zamanı həlak olan polis kapitanı Gündüz Abdullayevin ailəsinin müraciətinə müsbət cavab verilib.

Cumhuriyyet.net xəbər verir ki, kapitanın həyat yoldaşı Ulduz Abdullayevanın Femida.az -a verdiyi məlumata görə, oğlu Xəyyam Abdullayev yenidən Daxili Qoşunlara işə bərpa olunub:

Ramil Usubov qiyam zamanı həlak olan polisin oğluna vəzifə verdi

“Yoldaşımla bağlı verdiyim müsahibədə cənab nazir Ramil Usubovdan oğlumun yenidən polisə bərpa olunmasını xahiş etmişdim. Cənab nazir hər zamanki kimi bu dəfə də, ailəmizə olan diqqətini əsirgəmədi. Onun göstərişi ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov bizi qəbul etdi.Oğlumun yenidən Daxili Qoşunlara bərpasına kömək etdilər. Oğlumu Sumqayıtda daxili qoşunların taqım komandiri vəzifəsinə təyin etdilər. Mətbuat vasitəsi ilə cənab nazir Ramil Usubova və Daxili Qoşunların komandanı Şahin Məmmədova və onun müavini – Qərargah rəisi Şirin Xəlilova təşəkkürümü bildirmək istəyirəm. Çünki onların ailəmizə dəstəyini hər zaman görmüşük”.

Xatırladaq ki, kapitan Gündüz Abdullayev Qarabağ döyüşlərində uzun yol keçdikdən sonra 1999-cu ilin yanvarında Qobustan həbsxanasında baş vermiş qiyamın yatırılması zamanı həlak olub. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107219

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930