Əmək kitabçaları tarixə qovuşur – Video

16.12.2017 - 09:48

Yaxın gələcəkdə əmək kitabçaları tarixə qovuşacaq.

Cumhuriyyet.net  Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hazırda bununla bağlı işlər sürətləndirilib. İnsanların 2006-cı ilə qədərki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron sistemə daxil edilməsi davam etdirilir. Pensiya məbləğinin təyin edilməsi üçün məlumatların elektron formada saxlanılması bu prosesdə şəffaflığı təmin etdiyindən dünyanın əksər ölkələrində əmək kitabçalarından istifadə olunmur.

2006-cı ildən sonra ilk dəfə əmək fəaliyyətinə başlayan insanların da əmək kitabçaları olsa da, onların sosial sığorta şəhadətnaməsi olduğuna görə əmək fəaliyyətləri ilə bağlı məlumatlar artıq elektron sistemdə yer alıb. Amma bu, o anlama gəlmir ki, həmin şəxslər əmək kitabçalarını tullamalıdırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi Əbülfət Məhərrəmovun sözlərinə görə, əmək kitabçalarının tam ləğv edilməsini uzun müddət gözləmək lazım gəlməyəcək. Çünki əmək kitabçasındakı məlumatların elektron bazaya daxil edilməsi prosesi sürətlə davam edir. Bu işi müəssisə və təşkilatlar özləri görürlər. Əvvəllər əmək fəaliyyəti ilə məşğul olan, amma hazırda işsiz olan vətəndaşların məlumatlarının sistemə daxil edilməsi isə qaranlıq qalır. Prosesin tez yekunlaşması üçün həmin şəxslərin Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrinə müraciət etmələri tövsiyə olunur.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107503

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930