Bakıda “şalvarsız aksiya” olacaqmı? – Metropolitendən açıqlama

04.01.2018 - 17:45

Metroda şalvarsız bir gün flaşmobu dünyada məhşur olan bir flaşmob formasıdır.

Bu ilin yanvarın 7-də dünyanın 25 ölkəsinin 60-dan çox şəhərində belə aksiya keçirilməsi nəzərdə tutulur. Dünyada bu tip flaşmoblar 13 ildir keçirilir. 13 il ərzində flaşmobun bu formasında demək olar ki, heç bir ciddi dəyişiklik olmayıb.

Xatırladaq ki, 2014-cü il martın 1-də metrostansiyalarda “Metroda şalvarsız bir gün” aksiyasının keçirilməsi ilə bağlı mətbuat və sosial şəbəkələrdə xəbərlər yayılmışdı. Daxili İşlər Nazirliyi fləşmobun qarşısını alaraq bunun həyata keçirilməsinə imkan verməmişdi.

Bu dəfə də “şalvarsız aksiya” fləşmobçularının arzusu baş tutmayacaq.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev AzNews.az-a açıqlamasında deyib ki, ictimai asayişi qorumaq məqsədilə hüquq-mühafizə orqanları bu aksiyanın keçirilməsinin qarşısını alacaq və belə bir fləşmobun keçirilməsinə imkan verilməyəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=109221

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31