Azərbaycanlı milyarderin otellərinə həmvətənlərimizin girişi QADAĞANDIR – Ermənilərə isə açıq

05.01.2018 - 13:37

Azərbaycanlı milyarder Qabil Həsənov Türkiyənin Antalya şəhərində sahib olduğu otellərə öz millətindən olan müştəriləri buraxmır.

Yenicag.az xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynalı “facebook” hesabında paylaşım edib.

Məsələ ilə bağlı araşdırma apardığını bildirən Zeynallı, maraqlı faktla üzləşdiyini bildirib. Onun sözlərinə görə, azərbaycanlıların buraxılmadığı sözügedən otelə gələn erməni müştərilərə “gözün üstündə qaşın var” deyilmir.

Yenicag.az-ın araşdırması nəticəsində məlum oldu ki, Qabil Həsənov 2012-ci ildə Antalyada “Amara Beach” otelini satın alıb.

Bundan başqa onun Antalyanın Belek bölgəsində “Alva Donna” adlı beş ulduzlu oteli də var.

Qabil Həsənovun sahib olduğu otellərin sayı bununla bitmir. O, eyni zamanda “Kiriş PGS” otelinin də sahibidir. Bu otel də digərləri kimi beş ulduzludur.

Araşdırmamız nəticəsində o da məlum oldu ki, adıçəkilən şəxs Türkiyədə “Sahil M” inşaat şirkətinin sahibidir. Bu şirkətdə onun sərmayəsi isə 50 milyon türk lirəsi təşkil edir.

Short URL: http://www.cumhuriyyet.net/?p=109309

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31