“Azərsu”yun texnikası Xırdalanı qazsız qoydu

06.01.2018 - 10:00
Dünən axşam saatlarında “Azərsu” ASC-yə məxsus texnika Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qazıntı işləri apararkən ərazidən keçən diametri 166 mm olan yeraltı polietilen qaz boru xəttini zədələyib.

Cumhuriyyet.net xəbər verir ki, “Report”un sakinlərdən əldə etdiyi məlumata görə, hadisə nəticəsində Xırdalan şəhəri qazsız qalıb.

“Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hazırda təmsil etdiyi qurumun əməkdaşları hadisə yerində işləyir: “Saat 17:30-dan etibarən əməkdaşlarımız qaz sızmasının qarşısını almaq üçün ərazidə işləyir. Yaxın saatlarda əraziyə qazın verilməsi təmin ediləcək”.
Qeyd edək ki, oxşar hadisə ötən il noyabrın 28-də də baş vermişdi. O zaman isə “Azəravtoyol”un işçilərinin səriştəsizliyi səbəbindən şəhərə elektrikin verilməsi dayandırılmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=109374

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31