Vergilər nazirinin müavininin istefa xəbəri yayıldı… – İDDİA

08.01.2018 - 12:21

Vergilər nazirinin müavini Namiq Əliyevin istefa ərizəsi yazdığına dair məlumat yayılıb…

Modern.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, son günlər nazir müavininin iş yerinə gəldiyini görənlər olmayıb.

Qeyd edilir ki, Namiq Əliyev ötən həftə kabinetindəki əşyalarını toplayaraq, nazirlikdən ayrılıb.

Onun istefasının hələ ki rəsmiləşmədiyi, ancaq yerinə tezliklə yeni təyinat olacağı bildirilir.

Vergilər Nazirliyindəndən məsələyə münasibət öyrənmək mümkün olmadı…

Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyir. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=109465

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31