“Lotu Quli”yə sui-qəsdin TƏFƏRRÜATI

10.01.2018 - 10:37

2016-cı ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı, polkovnik Namiq Canıyev İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

Cumhuriyyet.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Canıyevlə birlikdə ötən ilin noyabrında “qanuni oğru” Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsdə cəhddə şübhəli bilinərək saxlanılan digər şəxslər də azad edilib.

Qeyd edək ki, noyabrın 2-də 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Səlifova qarşı sui-qəsd cəhdi edilib. Səlifov həbsdən çıxdığı gün İstanbula qardaşları Namiq və Müşfiq Səlifovların yanına gedib.

Həmin vaxt killerlər qrupu İstanbulda Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıblar.

Sui-qəsdə cəhdə görə Namiq Canıyev günahlandırılıb. Guya o, tərkibində bu şəxslərin olduğu killer qrupuna rəhbərlik edirmiş: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrəhman Çolak, Orxan Ergin, Hacı Ömər Ertekin, Əmrə Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Səbri Şirin. Onların arasında “qanuni oğru”, saxta pasportla dolaşan Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.

Bununla yanaşı, İstanbulda baş verən olayların bəzi təfərrüatı da məlum olub. Məlumata görə, Namiq Canıyev kriminal avtoritetə qarşı sui-qəsddə iştirak etməyib.

Səlifovla haqq-hesab çəkmək arzusunda çeçen kriminal avtoritet, oğru dünyasının “Ümumavropa kassası”nın nəzarətçisi Həmzət Qastəmirov (Şeyx Həmzət) olub.

Mənbənin sözlərinə görə, Namiq Canıyev Türkiyəyə bir sıra maliyyə məsələlərini yoluna qoymaq üçün gəlib. O, səfər zamanı həmçinin Rövşən Lənkəranskinin yaxın tərəfdaşları olan Şeyx Həmzət və Hacı Beyləqanski ilə də görüşüb.

Ola bilsin, Namiq Canıyev qətlə yetirilmiş qardaşının intiqamının alınmasını istəyib. Rövşən Lənkəranskinin qisasını almağa bu yaxınlarda ona Şeyx Həmzət söz verib. Həmzət Qastəmirov bu məqsədlə türk və çeçen mafioz klanlarını bir yerə toplayıb.

Mənbə onu da bildirib ki, Namiq Canıyev azadlığa çıxandan sonra Azərbaycana deportasiya edilib.

Qeyd edək ki, türk məhkəməsi Canıyevlə birlikdə Hacı Beyləqanskiyə də bəraət verib.

Short URL: http://www.cumhuriyyet.net/?p=109610

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31