Lotu Quli haqda həbs qərarı verildi

10.01.2018 - 16:22
Samara Vilayət Məhkəməsi Samara Rayon Məhkəməsinin qanuni oğru Nadir Səlifovun (Lotu Quli) həbsi ilə bağlı qərarını qüvvədə saxlayıb.
Qaynarinfo axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Volqanyus” saytı yayıb.
Sayt qanuni oğrunun insan oğurluğunda şübhəli bilindiyini qeyd edib. Belə ki, o, Tolyatti şəhərində 2015-ci ildə iş adamı Kamal Quliyevin oğurlanmasında ittiham edilib. İddiaya görə, Səlifovun adamları Quliyevi qaçırdıqdan sonra onun yaxınlarından 10 milyon avro tələb ediblər. Quliyev sonradan Qulinin tərəfdaşlarından olan Maqsud Qurbanovun köməkliyi ilə saxlanıldığı yerdən qaça bilib. Bundan sonra Qurbanov əvvəllər törətdiyi cinayətə görə həbs edilib, lakin o çəkəcəyi cəzanı azaltmaqdan ötrü hüquq mühafizə orqanları ilə əməkdaşlığa gedərək Quli əleyhinə ifadə verib.
Qeyd edək ki, bundan öncə Moskvanın Presnenski məhkəməsi də Qulini insan oğurluğunda ittiham edərək qiyabi həbs etmişdi. O, beynəlxalq axtarışa verilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=109690

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31