Bakıda polis bölməsinin rəisi dəyişdirilib – ƏMR

12.01.2018 - 13:29

Bakıda polis bölməsinin rəisi dəyişdirilib.

Cumhuriyyet.net-in məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəisi Cövdət Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

21-ci Polis Bölməsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, 24-cü Polis Bölməsinin rəisi olmuş Hikmət Usubov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Yasamal rayon Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=109875

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31