Bakıdakı səs-küylü toyun sahibləri bilindi: Əhmədzadənin qardaşı, məşhur univermağın sahibi… – DETALLAR

15.01.2018 - 17:08

Ötən gün Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir.

Cumhuriyyet.net -in Axşam.az-a istinadən verdiyi məlumatına görə, bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub.

 

Məlumata görə, gəlin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar.

 

Qeyd edək ki, Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır.

 

Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.

 

Qeyd edək ki, “Qafqazinfo” saytı bəyin atası Fərhad Həsənovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə “Moskva” univermağının sahibi olduğunu yazıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=110035

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31