Ata ilə oğlu efirdə qarşı-qarşıya gəldi – Xəlil Rzaya görə

16.01.2018 - 14:35

Bir neçə gündür ki, gənc yazar Kəramət Böyükçülün Azərbaycanın mübariz xalq şairi Xəlil Rza Ulutürkü sosial şəbəkədə status yazaraq təhqir etməsi geniş müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, statusda K.Böyükçöl bildirib ki, Xəlil Rza Ulutürkün bir neçə şeirinə qulaq asıb: “Səsi adamın başına düşür. Mənə elə gəlir ki, o, qışqırmaqdan ölməli idi. Qışqırmağının səbəbi isə odur ki, şeirində heç nə yoxdur, adamları səsi ilə ovsunlamağa çalışır. Elə bil qiraətçi-zaddır. Xəlil Rzanın təfəkkürü belə gic-gic şüarlardan o tərəfə keçə bilmirdi”.

Ötən gün APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında onun qalmaqala səbəb olan statusu özüylə birlikdə atası, şair Qəşəm Nəcəfzadə və başqaları ilə birlikdə müzakirə edilib.

Yazar Kəramət Böyükçöl hesab edir ki, yazdığı statusla Xəlil Rzanı təhqir etmək, alçaltmaq niyyəti olmayıb: “Onu şair kimi bəyənmədiyimi bildirmişəm, xoşuma gəlmir. İstedadsızdır demişəm və xalq hərəkatı dövründə bir çoxları kimi milli ədavəti qızışdıran insanlardan biri kimi Xəlil Rzanın adını çəkmişəm. Orada qeyd etmişəm ki, KQB-nin qazdığı xəndək, Xəlil Rza da bütün bu odlu alovlu çıxışları ilə ona xidmət etmiş olur”.

Söhbətə müdaxilə edən aparıcı İlham Tumas isə əslində bu fikirlərin K. Böyükçölün Zərdüşt Əlizadə ilə müsahibəsində əks olunduğunu xatırladıb. Qeyd edib ki, X. Rza Ulutürk haqqındakı bu fikirlərin sahibi Zərdüşt Əlizadə olub.

K. Böyükçölün atası Qəşəm Nəcəfzadə oğlunun yazdığı statusa belə münasibət bildirib: “Mən Xəlil Rzanı bəyənirəm. Onu beynəlmiləl şair adlandırıram. Hətta deyərdim ki, onu zindandan tərcümə etdiyi şairlər xilas etdi. Xalqımıza deyirəm ki, Kəramətin bu yazısı, bu statusu tamamilə səhvdir, düzgün deyil”.

O oğlunun əvəzindən üzr istəyib. “Mən bir oğul atası kimi Kəramətin yerinə Xəlil Rzanın ruhundan üzr istəyirəm. Kəramət səhv eləyir, mənə elə gəlir ki, o səhvini başa düşəcək”.

Verilişin digər qonaqları da qalmaqallı statusla bağlı yazarın fikirlərini tənqid edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=110147

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031