Fazil Məmmədov şəxsi istifadəsindəki 4 bahalı maşını Vergilər Nazirliyinə qaytardı

17.01.2018 - 11:37
Sabiq vergilər naziri Fazil Məmmədov tabeliyində olan 4 ədəd bahalı xarici avtomobil Vergilər Nazirliyinə bağışlayıb
Cumhuriyyet.net modern.az-a istinadən xəbər verir ki, həmin maşınlar Fazil Məmmədovun nazirliyə rəhbərlik etdiyi dövrdə şəxsi avtomobillər kimi alınıb. Və daha sonra nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilib. Maraqlıdır ki, qeyri-rəsmi olaraq həyata keçirilən bu proses müddətində əsasən nazir müavinlərinin istifadəsində olan həmin “Audi A 8” markalı  avtomobillərə görə eks-nazirə yüksək məbləğdə icarə haqqı da ödənilirmiş. Təbii ki, həmin vəsait Vergilər Nazirliyinin büdcəsindən silinib.
Nazir müavinlərinin istifadəsində olmuş və Fazil Məmmədovun şəxsi maşınları kimi rəsmiləşdirilımiş “Audi A 8” markalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890 dövlət seriya nömrəli avtomobillər hazırda Vergilər Nazirliyinin adına sənədləşdirilir.
Nazirlikdə kadr dəyişikliklərinin də davam edəcəyi bildirilir…

Short URL: http://www.cumhuriyyet.net/?p=110227

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31