Cahangir Hacıyevin ən yaxın adamlarından biri xaricdə yaxalandı – Bakıya gətirildi

18.01.2018 - 10:58

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin dövlət bankından milyardlarla dolları talamaq üçün qurduğu sxemin əsas fiqurlarından biri Emin Sadiq qonşu ölkələrdən birində yaxalanıb və Bakıya ekstradisiya olunub

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlum olub. Emin Sadiqin yanvarın 13-də Bakıya ekstradisiya olunduğu bildirilir.

İstintaqın versiyasına görə E.Sadiq Cahangir Əsgərovun və Beynəlxalq Bankın işi üzrə əsas fiqurantlardan biridir, bankın talanmasına yönəlmiş maliyyə maxinasiyalarının birbaşa iştirakçısıdır. E.Sadiq konkret olaraq Qazaxıstanda neft yatağının istismarına yönəlmiş investisiyanın mənimsənilməsində ittiham olunur. Söhbət Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva” tərəfindən ayrılmış 60 milyon dolların mənimsənilməsindən gedir. Habelə E.Sadiq “MBA-Moskva” bankına veksellərin satışında dələduzluq əməlinə yol verib.

Xatırladaq ki, bundan əvvəl virtualaz.org Emin Sadiqin işi üzrə bir neçə araşdırma dərc etmişdi. Məlum olmuşdu ki, Cahangir Hacıyev biznesmen Hafiz Məmmədova məxsus “Bahar Energy” şirkətini reyder üsulu ilə ələ keçirdikdən sonra şirkətin faktiki talanmasını Emin Sadiqə həvalə edib.

Həmin vaxta qədər Emin Sadiq BP şirkətində işləmişdi və oradan yol verdiyi xidməti pozuntulara görə qovulmuşdu. Lakin Azərbaycan və Böyük Britaniya vətəndaşı olan Emin Sadiq tezliklə “Bahar Energy” şirkətinə başçılıq etməyə başladı. Təyinatının ilk ayları ərzində şirkətdən bütün mütəxəssisləri işdən azad etdi, öz dostlarını və tanışlarını şirkətə gətirib onlara böyük pullar verməyə başladı. Məsələn, Emin Sadiqin şəxsi katibəsi Ukraynadan olan tanınmış model Ninel Kolomoytseva idi.

Emin Sadiq həmçinin Bakıdakı “Lacoste” mağazalar şəbəkəsinin sahibi kimi tanınırdı. Həmin mağazalar şəbəkəsini Britaniya vətəndaşlığını alandan sona açmışdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=110308

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31