Broyler toyuqları kişiləri qadınlaşdırır: Döşü böyüyür, səsi dəyişir…

23.01.2018 - 14:30

Hormonal tərkibli qidalar kişilərdə qadınlaşma prosesinə start verir.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Medicina.az-a açıqlamasında Bioloji Təbabət Klinikasının endokrinoloqu Həbibə Mirzəyeva məlumat verib. O bildirib ki, satışda olan bəzi qidalar insanın hormonal balansına zərbə vurur:

“Hazırda bəzi ət məhsulları, xüsusilə broyler toyuqlarına vurulan hormonal preparatlar xüsusilə kişi cinsinin nümayəndələrində ciddi fəsadlar yaradır. Toyuq ətindəki külli miqdarda hormonal preparat oğlanlarda yalançı süd vəzilərinin böyüməsinə – ginekomastiyaya səbəb olur. Bu hormonlar oğlanlarda qadın hormonu ekstogenlərin cinsi dəyişkənliyini yaradır: bu həm daxili, həm də xaricən, zahiri əlamətlərlə büruzə verir. Hormonal preparatlarla yetişdirilmiş toyuq ətinin uzun müddət qəbulu – hazırkı dövrdə demək olar, hər gün müntəzəm toyuq əti yeyilir – qızlarda yumurtalıqların fəaliyyətinə zərbə vurur. Bu proseslər həm oğlan, həm qızlarda boy qısalığına gətirib çıxarır”.

Həkim çıxış yolunun olduğunu da vurğulayıb: “Biotənzimləyici preparatlarla orqanizmdəki zərərli maddələr, toksinlər heç olmasa ildə bir dəfə təmizlənməlidir. Bu preparatlar orqanizmin öz-özünü daxildən bərpa etməsinə yardım edir, zərərli hormonları kənarlaşdırır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=110772

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31