“Qarabağ”dan ayrılmaq fikrim yoxdur” – Qurban Qurbanov

23.01.2018 - 17:37

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov “Qarabağ”dan ayrılmaq fikrində deyil.

Qol.az-ın xəbərinə görə, bu haqda o, “Region Plus” jurnalına verdiyi müsahibədə bildirib.

Millinin baş məşqçisi təyin edildikdən sonra Ağdam klubundan ayrılmasının mümkünlüyünə dair səslənən fikirlərə münasibət açıqlayan 46 yaşlı mütəxəssis qeyd edib ki, bu ilin yayına qədər “Qarabağ”la müqaviləsinin müddətini uzadıb:

“Qarabağ”dan ayrılmaq barədə düşünmürəm. Müqaviləmiz mayın sonuna qədər nəzərdə tutulub. Bu komanda mənim üçün çox doğmadır. Doqquz ildir “Qarabağ”dayam. Belə fikir nə məndə, nə rəhbərlikdə olub. Həmişə uzunmüddətli əməkdaşlıq barədə danışmışıq. “Qarabağ” və Azərbaycan millisi ölkə futbolunun ən məsuliyyətli yerləridir. İşim ağır olsa belə, klubdan ayrılmaq barədə fikrim yoxdur” – deyə Q.Qurbanov bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=110807

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31