Rafael Ağayev yapon karateçiyə finalda belə uduzdu-VİDEO

29.01.2018 - 16:57

Karate üzrə milli komandamızın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə keçirilmiş Premyer liqa turnirində II yeri tutub.

Oxu.Az xəbər verir ki, dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nishimura ilə həlledici görüşün son saniyəsində məğlub olub – 1:2. Xatırladaq ki, beşqat dünya çempionumuz iki il əvvəl Almaniyanın Hamburq şəhərində keçirilmiş Premyer Liqa yarışında da bu rəqibinə uduzmuşdu (0:5).

Yeni qaydalara əsasən, medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar.

Qeyd edək ki, “kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübaizə aparıb. Üç gün ərzində keçirilmiş yarışda  Azərbaycandan 15 karateçi mübarizə aparsa da, heç biri qızıl medal qazana bilməyib.

Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir 16-18 fevral tarixlərində, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Sabah Bakıya dönəcək Azərbaycan karateçiləri yarşa hazırlıqlarını davam etdirəcəklər.

Short URL: http://www.cumhuriyyet.net/?p=111316

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31