Meydan TV-nin Facebook səhifələri ələ keçirildi… Həbib Müntəzir istefa verdi

29.01.2018 - 17:35

Meydan TV-nin sosial media meneceri Həbib Müntəzir vəzifəsindən istefa verib.

Musavat.com xəbər verir ki, bu barədə H.Müntəzir Facebookda yazdığı statusda bildirib. Statusu təqdim edirik: “5 ildir fəaliyyət göstərən Meydan TV’nin hər üç dildə Facebook səhifələrini ələ keçirib, siliblər. Sosial media meneceri olaraq bütün məsuliyyət mənim üzərimdədir. Vəzifəmdən istefa verirəm. Ümid edirəm, rəhbərlik istefamı qəbul edər”.

Meydan TV-nin icraçı direktoru Emin Milli isə sosial şəbəkədə yazdığı statusda Facebook səhifələrinin oğurlandığını bildirib. H.Müntəzirin statusu isə ciddi müzakirələrə səbəb olub. Bir çox dostları ona istefa verməməyi məsləhət görsə də, bir qisim sosial şəbəkə istifadəçiləri işində səhvə yol verən şəxsin istefa verməsinin gözəl örnək ola biləcəyini iddia edib. Eyni zamanda belə bir addımın şübhə yaradacağını deyənlər də H.Müntəziri qərarından daşındırmağa çalışıblar.

56555.JPG (31 KB)

Short URL: http://www.cumhuriyyet.net/?p=111326

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31