Bu gün millimiz Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxacaq

30.01.2018 - 09:57

Bu gün futbol üzrə Azərbaycan milli komandası Qurban Qurbanovun rəhbərliyi altında ilk oyununa çıxacaq.

Cumhuriyyet.net  “Report”a istinadən xəbər verir ki, hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan yığma Moldova kollektivi ilə üz-üzə gələcək.

“Mardan” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Bu, Moldova və Azərbaycan yığmaları arasında 10-cu duel olacaq. Əvvəlki qarşılaşmaların ikisində milli qalib gəlibsə, 3-də rəqib qələbəyə sevinib.

Q.Qurbanov oyundan öncə start heyətini açıqlamasa da, təxmini “11-lik” bəllidir. Qapıda Şahrudin Məhəmmədəliyevin dayanacağı, müdafiə “dördlüy”ünün soldan sağa Pavel Paşayev, Ruslan Abışov, Maksim Medvedev və Abbas Hüseynovdan ibarət olacağı gözlənilir.

Orta xətdə Qara Qarayev, Riçard Almeyda və Rahid Əmirquliyev, cinahlarda Cavid Hüseynovla Əfran Hüseynov yer almalıdır. Mərkəz hücumçusu qismində isə Mahir Mədətova şans verilmə ehtimalı daha böyükdür.

Yoldaşlıq oyunu, 30 yanvar

20:00. Azərbaycan – Moldova

“Mardan” stadionu

Short URL: http://www.cumhuriyyet.net/?p=111367

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31