Tarik Elyunussi “Qarabağ”ı tərk edib

30.01.2018 - 17:28

Norveç milli komandasının futbolçusu Tarik Elyunussi Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Qarabağ” klubunun düşərgəsini tərk edib.

Bu barədə Azərbaycan təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib. Onun sözlərinə görə, 30 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu Yunanıstan “Olimpiakos”unun istəyi ilə kollektivdən ayrılıb. E.Çelikel təcrübəli forvardın mövsümün ikinci yarısında “Qarabağ”da çıxış etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, “Qarabağ” Tarik Elyunussini 2017-ci ilin yayında “Olimpiakos”dan 1 illik icarəyə götürüb. Əsas heyətə düşməkdə çətinlik çəkən norveçli hücumçunun İsveç AİK-inə keçəcəyi gözlənilir. (Report)

Short URL: http://www.cumhuriyyet.net/?p=111443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31