Bakıda maraqlı hadisə – Taksi sürücüsünü jurnalist kimi işə düzəldiblər

13.02.2018 - 13:45

Dələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynov hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində G.Hüseynovun cinayət işi üzrə məhkəmə iclasına hakim Eldar İsmayılov sədrlik edib. Məhkəmədə zərərçəkmişlərdən Bayram İsmayılovun xanımı Sveta Qarayeva ifadə verib.

Bayram İsmayılov dünyasını dəyişdiyi üçün onun hüquqi varisi kimi xanımı Sveta Qarayeva tanınıb. O, yoldaşının bu hadisələrdən sonra ürəktutmasından dünyasını dəyişdiyini söyləyib:“Yoldaşım Bayram İsmayılov 35 min vermişdi. Gündüz ev almağımıza kömək edəcəkdi. Sonra da pulu qaytarmadı. Yoldaşımın ürəyi partladı öldü”.

S.Qarayeva yoldaşının Gündüz Hüseynova pulu notarius vasitəsi ilə verdiyini deyib. Məhkəmədə Gündüz Hüseynovun Bayram İsmayılovdan pulu necə alması məlum olub.

Sveta Qarayeva deyib ki, Gündüz Hüseynov ərini “Zaman press” qəzetinə işə düzəldibmiş. Hətta ona müxbir olması ilə bağlı vəsiqə belə veribmiş.

“Gündüz yoldaşıma vəsiqə vermişdi. Məqsəd belə idi ki, jurnalistlər üçün tikilən binadan bizə ev verəcəkdilər. Amma bina tikildi, evlər paylanıldı. Bizə isə ev verilmədi. Gündüzü axtardıq. Yoldaşımın ürəyi partladı öldü”- deyən zərərçəkmiş söyləyib ki, əri taksi sürücüsü işləyirmiş.

Sveta Qarayeva onlara dəymiş zərərin ödənilməsini tələb edib: “Ərim halal zəhməti ilə pul qazanırdı. Onun pulunu ələ keçirdilər”.

Gündüz Hüseynov zərərçəkmişdən pul alması ilə bağlı suallara cavab verməyib. Məhkəmədə növbəti şahid kimi Xalidə İsmayılova ifadə verib.

Məlum olub ki, Xalidə İsmayılovanın anasının adından “Zaman Press” qəzetində məqalələr çap edilib. Həmin yazıların müəllifi isə Xalidə İsmayılovanın anası olmayıb.

Məlumata görə həmin yazıların verilməsində məqsəd Xalidə İsmayılovanın anasının jurnalist kimi işlədiyini göstərmək və bununla da jurnalistlər üçün tikilən binadan ona da ev almaq imiş. Əslində isə Xalidə İsmayılovanın anası orta məktəblərdən birində ibtidai sinif müəlliməsi işləyib. Bu işin istintaqı başlayan zaman o, dünyasını dəyişib.

Xalidə İsmayılova ev almaq üçün anasının Gündüz Hüseynova 42 min manat pul verdiyini deyib. Məhkəmədə Gündüz Hüseynov heç kimə qarşı dələduzluq etmədiyini deyib.

O, özünü müdafiə məqsədi ilə “ilin jurnalisti” və “ilin adamı” seçildiyini söyləyib.

Hakim ondan həmin mükafatları kimdən aldığını soruşub. G.Hüseynov cavab verib ki, bu mükafatları ona Kütləvi İnformasiya Vasitələri işçilərinin Həmkarlar İttifaqı adlı təşkilat verib. Təşkilatın sədri də Çingiz Qurbanovdur.

İttihama görə, Gündüz Hüseynov öz işçilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluqla almaqda ittiham olunur.

Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

Bildirək ki, “Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=112714

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728