Təhsil Nazirliyi “bu gündən qeydiyyat başlayır” dedi, sistem çökdü

22.02.2018 - 12:42

Bu gün 1-ci sinifə qəbulla bağlı elektron müraciət başlayıb.
Cumhuriyyet.net milli.az-a istinadən xəbər verir ki, yeydiyyatın saat 10:00-dan başlayacağı elan olunsa da, valideynlər sayta daxil olmaqda çətinlik çəkirlər.

Belə ki, elektron qeydiyyat üçün nəzərdə tutulan mektebeqebul.edu.az saytı, demək olar ki, işləmir. Sayt gec açılır və orada əməliyyat etmək mümkünsüzdür.

Bu gün başlanan qeydiyyat səbəbindən sistemdə yüklənmə olacağını ehtimal etmək o qədər də çətin deyildi. Belə olan təqdirdə Təhsil Nazirlyinin bunu nəzərə almaması və heç bir addım atmaması anlaşılan deyil. Valideynlərin də iradı bununla bağlıdır ki, belə bir ehtimalı nazirlik niyə nəzərə alıb, saytın texiki imkanlarını genişləndirməyib.

“Göstərilən vaxtdan sistemə daxil olmağa çalışırıq. Lakin səylərimiz nəticəsizdir. Nazirliyin məsuliyyətsizliyi səbəbindən, həm zamanımızı itiririk, həm də əsəblərimiz korlanır”, – deyir valideynlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=113668

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930