“İstənilən tibb müəssisəsindən 10 manat verib saxta sənəd almaq olur” – MƏHKƏMƏDƏN

27.02.2018 - 11:45

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq Ağciyər Vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədovanın işə bərpa tələbi ilə bağlı məhkəməyə müraciətiylə bağlı iddiasına Nizami Rayon Məhkəməsində proses davam edib.

Gununsesi.info-nun xəbərinə görə, hakim Fikrət Mirzəyevin sədrliyi ilə keçrilən prosesdə məhkəmə araşdırması davam edib. İddiaçı S.Məmmədovanən vəkili Bəhruz Bayramov təqdim edilən sənədlər üzərində ekspertizanın təyin edilməsiylə bağlı vəsatət qaldırıb.

Vəsatət təmin edilib.

Proses zamanı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun mənafeyini qoruyan Xələf adlı hüquqşünasın “Medera Hospitalın təqdim etdiyi sənədlə bağlı fikir bildirərkən, ölkədəki tibb müəsissələrinin saxta sənəd vermələriylə bağlı söylədiyi “İstənilən tibb müəssisəsindən 10 manat verib saxta sənəd almaq olur. Özəl tibb müəssisələrində isə bu daha asandır”-, deməsi hakimin etirazıyla qarşılanıb.
Sözügedən institutun təqdim etdiyi sənədlərdən birini müzakirə edərkən isə, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Xəlifə adlı hüquqşünnasının “Bu sənədi zay baş həkim verib” deməsi də eyni münasibətlə qarşılanıb. Müddafiə zamanı S.Məmmədovanın işdən azad edilmə səbəbləriylə bağlı tutarlı arqumumentlər gətirə bilməyən hüquqşünasın söylədiklərinə hakim “Belə getsə, xəstəxananızda həkim qalmayacaq” deyib.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, iddiaçı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Uşaq Ağciyər Vərəmi şöbəsinin işdən azad edilən həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova haqsız yerə işdən çıxarıldığını deyir.

O, institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsindən sonra işinə son qoyulduğunu söyləyir: “Keçirdiyi iclasda ona qarşı çıxdım. Həmin iclasdan videogörüntülər də sosial şəbəkələrdə yayılmışdı. Ondan sonra haqsız yerə işdən çıxarıldım”. İclasdakı videogörüntüdə Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovaya “Siz burada oturub camaata torba tikməklə məşğulsunuz. Mən bu cəfəngiyyata qulaq asan deyiləm” deyərək, ona etiraz edir.

Səbinə Məmmədovanın sözlərinə görə, yayılan videoya görə yanvarın 13-də anidən vəzifəsindən uzaqlaşdırılıb.

S.Məmmədovanın işdən çıxarılması səbəbi kimi xəstələrdən birinin “vəziyyətinin ağırlaşmasının səbəbini araşdırmamaqda, vərəm aşkar olunmasını nəzərə almadan, onu təsiri olmayan dərmanlarla müalicə etməkdə” günahlandırılır.

S.Məmmədova isə həmin uşağın onun xəstəsi olmadığını deyib: “O, xəstəxanaya 2017-ci ilin oktyabrında daxil olub və həkim Svetlana Məmmədovanın xəstəsi olub. Dekabrda xəstənin vəziyyəti ağırlaşıb. Şöbə müdiri onun müalicəsini xəstəxanada əmrsiz işləyən Aygün Hacıəliyevaya tapşırıb. Yəni müalicəni o aparıb, xəstəlik tarixçəsinə də özü imza atıb. Dekabrın 7-də müalicə başlayıb, 11-də diaqnoz qoyulub. Həmin ərəfədə Səhiyyə Nazirliyində rezidentlərin bölgüsü olanda müəssisənin rəhbəri Aygün Hacıəliyevanın bölgüyə getməsinə imkan vermədi ki, getsə, onu hansısa rayona göndərərlər. Az sonra direktor onun əmrini başqa şöbəyə verdi. Nəticədə xəstə həkimsiz qaldı. Valideyni Xumarə Yusifova məndən xahiş etdi ki, uşağı mən müalicə edim. Bir həftə ona nəzarət etdim və xəstəni sağaldıb, evə yola saldım. Xəstənin vəziyyətini ağırlaşdıran, analizini gizlədib səhv diaqnoz qoyan, həmin səhv diaqnozu əsaslandıran həkimlər haqqında heç bir tədbir görülmür, xəstəni sağaltdığım halda, mən işdən çıxarılıram”.

Həkimin sözlərinə görə, sözügedən xəstə haqda söylədiklərini uşağın valideyni də yazılı izahatında təsdiqləyib.

Xatırladaq ki, S. Məmmədova 1998-ci ildən işdən azad edilənədək həmin institutda çalışıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=114137

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31