Özünü asan MTN polkovnikinin ailəsi müsadirə olunan əmlakı vermək istəmir

28.02.2018 - 11:14

MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi, general Elçin Quliyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən onun müavini olmuş, həbsindən iki ay sonra Kürdəxanı təcridxanasında intihar etmiş İlqar Əliyevin yaxınları da narazı qalıb

Mərhum polkovnikin ailə üzvləri hökmdən apellyasiya şikayəti veriblər. Buna səbəb isə həmin hökm əsasında İlqar Əliyevin özünə və yaxınlarına məxsus əmlakların müsadirə olunmasıdır.

Gununsesi.info xatırladır ki, 2015-ci ilin oktyabrında İlqar Əliyev həbs olunarkən onun və yaxınlarının bir sıra əmlaklarının üzərinə həbs qoyulmuşdu. Elçin Quliyev haqqında hökm çıxaran hakimlər belə hesab edib ki, onun müavininin üzərində həbs olan əmlakları cinayət yolu ilə əldə olunub, ona görə də müsadirə edilməlidir. İlqar Əliyevin haqqında cinayət işinə isə onun ölümü ilə əlaqədar xitam verilib.

Adamları həbslə hədələyib əmlaklarını əlindən almaqda, rüşvət almada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, agentura və əməliyyatlara ayrılan pulların mənimsənilməsində və s. günahlandırılan Elçin Quliyev özü də haqqındakı hökmdən şikayət verib. Deyir ki, günahsızdır. Bakı Apellyasiya Məhkəməsində onun işinə baxan hakimlər İlqar Əliyevin yaxınlarının şikayətini də araşdıracaq.

İlqar Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakaların üzərinə həbs qoyulub.

Onu da qeyd edək ki, İlqar Əliyev Eldar Mahmudovun MTN-də yaratdığı mütəşəkkil cinayətkar qruplaşmanın əsas simalarından biri olub. Onun qanunsuz əməlləri nəticəsində yüzlərlə vətəndaş ya həbsə göndərilib, ya da var-dövlətindən olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=114232

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31