“Lider TV” prezidentinin xanımına aldığı bahalı avtomobil işçilərdə narazılıq yaratdı – FOTO

28.02.2018 - 16:23

Yaxın günlərdə “Lider TV”-də növbəti kütləvi istefalar olacaq.
Buna səbəb kimi telekanal işçilərinin bir neçə aydır maaşlarını ala bilməməsi göstərilir.
“Lider TV”-nin bir qrup işçisi maaşlarının verilməməsinə etiraz olaraq, “Lider” Teleradio Şirkətinin prezidenti Ədalət Əliyevə açıq müraciət göndərib.
Narazı işçilər müraciətlərində maaşlarının verilməsini tələb edərək, bu ilin yanvarında dövlət tərəfindən telekanallara ayrılan vəsaitdən onlara bir qəpik belə ödənilməməsindən şikayətlənir.
Daha sonra müraciətdə deyilir:
“Necə olur ki, “Lider” Teleradio Şirkətinin prezidenti Ədalət Əliyev dövlət tərəfindən şirkətə ayrılan 600 min manat vəsaitlə işçilərin yaranan maaş borclarını ödəmir, ancaq öz həyat yoldaşı, teleaparıcı Nailə Əliyevaya bazar dəyəri 145 min dollar olan ağ rəngli “Mercedes GL 63 AMG” model avtomobil alır. Nailə Əliyeva şəhərin bir neçə yerində itlər üçün parixmaxer açmağa pul tapa bilir, ancaq işçilərin maaşlarına gələndə pul tapılmır. Bəs dövlət tərəfindən şirkətə dəstək üçün ayrılan 600 min manat vəsait hara xərclənib? Bizim maaşlarımız verilməsə, hər birimiz şirkəti tərk edəcəyik”, – deyə müraciətdə qeyd olunur.
sfera.az

Short URL: http://www.cumhuriyyet.net/?p=114264

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31