Neftçilərin hüquq müdafiəçisinin başına iş gəldi: “Şərəfsiz iş otağına daxil olub…” – VİDEO

05.03.2018 - 09:38

Neftçilərin hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının başına iş gəlib.

Minval.info-nun xəbərinə görə, M.Qəhrəmanlının qızı oğurluğun qurbanı olub.

Bu barədə hüquq müdafiəçisi məlumat verib. Mirvari xanımın qızının çantasından pulu və sənədləri oğurlanıb.

Hadisəni Nərimanov rayonunda yerləşən Müasir Psixologiya Mərkəzində baş verib.

Cinayətkar hüquq müdafiəçisinin qızının çalışdığı iş yerinə daxil olub və ətrafa göz gəzdirdikdən sonra hadisəni törədib. Onun bu əməli müşahidə kameraları tərəfindən qeydə alınıb.

Mirvari Qəhrəmanlının sözlərinə görə, hadisə barədə polisə məlumat verilib: “Bu şərəfsiz iş otağına daxil olub, qızımın çantasından pulunu və bütün sənədlərini oğurlayıb. İş yerində quraşdırılmış kamera bütün prosesi çəkib. Video polisə təqdim olunub”.

Short URL: http://www.cumhuriyyet.net/?p=114617

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31