Ərdoğan: “Onların məqsədi İslamı parçalayıb zəiflətməkdir”

09.03.2018 - 17:36

“Heç kimin dinimizi karikaturalaşdırmaq haqqı yoxdur. Biz dində islahat aparmırıq. Bu bizim ixtiyarımızda və gücümüz daxilində olan məsələ deyil”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının yeni tədris ilinin açılış toplantısında bildirib.

O qeyd edib ki, Əl-Qaidə, İŞİD, Boko Haram kimi terror qruplar İslamı təhrif edirlər: “Bəziləri sosial şəbəkələrdə mənə qarşı çıxışlar edirlər. Heç kimin İslamı təhrif etməyə haqqı yoxdur. Siz bu fəqiri (özünü nəzərdə tutur) qorxuda bilməzsiniz. Mən İslamın haqqı olanı deyirəm. Onların məqsədi, planı İslamı parçalayıb zəiflətməkdir”.

R.T.Ərdoğan Türkiyədə dini təhsilin vəziyyətinə də toxunub: “Türkiyədə dini təhsilin və tədrisin sağlam təməl üzərində qurulmasına böyük ehtiyac var. Nazirliyimiz Diyanət İşləri Vəqfi dini təhsil sahəsində vaxtilə meydanı FETÖ kimi alçaqlara vermişdi. Bizə bundan yaxşı dərs ola bilərmi? FETÖ-nün ölkəmiz əleyhinə yönələn xain təcrübəsi bu sahədə yeni qayda-qanun yaratmaq baxımdan çox əhəmiyətlidir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=115048

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31