“Xəzər Xəbər”in yalanı ifşa edildi: “Dəfələrlə dedik ki…”-ETİRAZ(VİDEO)

14.03.2018 - 18:13

“Xəzər Xəbər”də tələbə Nihad Quliyevin onlayn alış-veriş saytından aldığı çantanı öz ixtirası kimi təqdim edildiyi barədə sujet gedib. 

AFN xəbər verir ki, bununla bağlı tələbə minval.info ilə əlaqə saxlayıb və açıqlama verib. Nihad Quliyev bildirib ki, onun özü TV əməkdaşlarına çantanı ixtira etmədiyini söyləyib. Lakin “Xəzər Xəbər” yanlışlığa yol verib və bu səbəbdən tələbə ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib.

“Dəfələrlə dedik ki, bunu ixtira kimi verməyin. Onlar da razılaşdılar, lakin ixtira kimi təqdim etdilər. Hazırda onlarla danışıqlar gedir. Məsələ burasındadır ki, günəş panelli çantalar satışda var. Biz onun üzərinə bir neçə əlavələr etmişik. Bu, dördüncü hazırladığımız çantadır. Onlayn satışdakılar belə deyil” – tələbə bildirib.

Nihad Quliyevin vurğulayıb ki, o, heç kimi aldatmayıb, sadəcə, kiminsə səhlənkarlığı ücbatından məsələ bu yerə gəlib çıxıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən də məsələyə münasibət bildirilib. Qeyd olunub ki, tələbə çantanı ixtira kimi təqdim etməyib. Universitedən Nihad Quliyevin dediyi kimi əşyanın üzərində yalnız əlavələrin edildiyi söylənilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=115464

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31