Başçının keçmiş müavini yenə meydan sulayır – Bu dəfə Hacı Zeynalabdin qəsəbəsində

29.03.2018 - 16:57

Bir zamanlar Sumqayıtda icra başçısının müavini postunu tutan, hazırda isə Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəsi olaraq çalışan Lalə Hacıyeva zaman-zaman yerli KİV-in diqqət mərkəzində olub. Hətta bunu nəticəsidir ki, məhz Sumqayıtın icra başçısı Zakir Fərəcov Lalə Hacıyevanı cəzalandıraraq onu müavinlikdən yola da salmışdı.

Başçının keçmiş müavini yenə meydan sulayır
Başçının keçmiş müavini yenə meydan sulayır

Bu dəfə DİA.AZ-a danışan mənbə isə bildirir ki, Lalə Hacıyeva Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəsi olaraq ənənəvi xarakterini nümayiş etdirməkdədir. Mənbənin spylədikləri: “Ölkə başçısının sərt xəbərdarlığına əməl etməyən, qanunla müəyyən olunan norma və prinsiplərə diqqətsiz yanaşan hərəkət Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəsi Lalə Hacıyevanın müəyyən olunması diqqət mərkəzindədir. Bir neçə gün əvvəl qəsəbə icra Nümayəndəsinin binasında qəsəbənin Nümayəndəsi Lalə Hacıyeva (Azərbaycan Respublikasının Cinayət Məcəlləsi / on birinci bölmə: Maddə 308.: Vəzifə səlahiyyətlərindən sui-istifadə və
Maddə 309.: Vəzifə səlahiyyətlərini aşma) qəsəbə ictimaiyyəti qarşısında 13 il iş stajı olan Hacı Zeynalabdin Bələdiyyə qulluqçularından birinin şərəf və ləyaqəti təhqir etdi. Təhqir sadəcə, hansısa termin xarakterli sözlərdən yox, sadə xalq dilində, milli folklorumuzdakı sözlərdən ibarət oldu. Hadisədən bir gün sonra həmin vəzifəli şəxs də Sumqayıt şəhər İcra Hakimiyyətinin də 164 nömrəli “Qaynar xətt”inə şikayətini məlumatlandırdı, lakin bununla bağlı Lalə xanıma töhmət verilmədi, hansısa tədbir görülmədi.

Başçının keçmiş müavini yenə meydan sulayır

Məgər ölkə rəhbəri İlham Əliyev deməyibmi ki, məmurlar özlərini xalqa əxlaqlı, mədəni göstərməli, onlarla etik normalar çərçivəsində münasibət qurmalıdır. Heç kimin haqqı yoxdur ki, kimi isə təhqir etsin”.

Mənbə iddia edir ki, bu faktdan dolayı Lalə Hacıyeva hətta məhkəməyə belə verilə vilər: “Hələlik həmin məmurun hansı addımı atacağı məlum deyil. Amma artıq rəsmi qaydada icra hakimiyyətinə şikayət olunub. Və Zakir Fərəcovun da bu olaya reaksiya verəcəyi istisna deyil”.

İddia ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=116441

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31