Şirvan qoruğundakı silahlı insidentlə bağlı DİN-dən AÇIQLAMA
Dünən axşam Şirvan Milli Parkında silahlı insident baş verib. İnsidentlə bağlı Lent.az-ın sorğusuna cavab verən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Natiq Cavadov bildirib ki, martın 30-da saat 22 radələrində Yenikənd kəndindəki “Şirvan Milli Parkı”nın ərazisində, oranın əməkdaşı İltifat Xalıqov qanunsuz ov edən 2 nəfəri saxlamağa cəhd göstərib. Bu zaman onlardan biri tüfəngdən İ.Xalıqovun istiqamətində atəş açıb.
Salyan RPŞ və Hacıqabul RPŞ əməldaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakinləri Elvin İsrafilov və Rahil Ağayev Hacıqabul rayonu ərazisində saxlanılıblar. R.Ağayevdən müvafiq sənədləri olan “İJ-27” markalı ov tüfəngi götürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=116587