“Myshops”da istehlakçı hüquqları belə pozulur- ŞİKAYƏT

06.04.2018 - 09:47

Bakı şəhəri, Nizami küçəsi 166 ünvanında “Myshops” adlı mobil telefonları mağazasından narazılıq var.

AFN xəbər verir ki, bununla bağlı jurnalist Aytən Abdulova bildirib. Onun sözlərinə görə, həmin mağaza (internet unvani: myshops.ae) satdığı məhsullar üçün qəbz vermir: Kassa aparatları yoxdur. Qəbz bir tərəfə, alqı-satqıya dair heç bir qaimə də təqdim etmir. Sadəcə satdığı məhsulun üzərinə “Myshops” adlı möhür vurur, bir illik zəmanət talonu verir. Dünən aldığın telefonda “zavodskoy defekt” aşkarlanır səhəri gün məhsulu dəyişmək, yaxud geri qaytarmaq istəyəndə isə mağaza imtina edir. Həmin mağazada işləyənlər- satıcısından tutmuş müdirinə qədər hamısı bir ağızdan deyir ki, məhsulu geri qaytarmağa ixtiyarın yoxdur. Belə olan halda verdikləri 1 illik zəmanət də etibarsızlığını təsdiq etmiş olur. Alıcı olaraq hüququnu tələb etdikdə isə mağaza sahibi məhkəməyə verməklə hədələyir. Halbuki qanunvericilikdə alınan məhsulların nəzərdə tutulmuş qaydalara əsasən 14 gün ərzində geri qaytarılması nəzərdə tutulub. Amma “Myshops” adlı mağaza qanun-qayda tanımır, dəliyəm-güclüyəm misalı ilə davranır”.

Mağazanın internet saytında göstərilən telefonlara edilən zənglər cavabsız qaldı. Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=116948

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728