Nazirlər Kabinetinin səlahiyyəti azaldılıb

06.04.2018 - 11:47

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Qaydaya əsasən, dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitin məbləği Nazirlər Kabineti tərəfindən 20 faizədək artırıla və yaxud yerli gəlirlərin proqnozuna nisbətən əlavə daxil olan vəsait qədər azaldıla bilərdi.

Dəyişikliyə əsasən, artıq bu halda Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bu addımı ata bilər.

Mövcud Qaydaya görə, Nazirlər Kabineti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilərdi. Dəyişikliklə bu sahədə də Nazirlər Kabinetinin səlahiyyəti ləğv olunub. Başqa sözlə, artıq Nazirlər Kabineti deyil, Azərbaycan prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

Qeyd edək ki, Nazirlər Kabineti “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə belə bir qərar qəbul edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=116994

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728