Baloğlan Əşrəfov:”Qurban Qurbanov yox, Mourinyo da gəlsə, xeyir yoxdur”

06.04.2018 - 15:08

Əməkdar artist Baloğlan Əşrəfov futbol üzrə milli komandamızın keçirdiyi yoxlama görüşlərindən və baş məşqçi Qurban Qurbanovdan danışıb.
“Ölkə.Az”ın məlumatına görə, sənətçi 46 yaşlı mütəxəssisin təyinatını uğurlu addım adlandırıb:
“Azərbaycan milli komandasının psixologiyasına bələd olan, milli mentalitetimizi bilən məşqçi lazım idi. Qurban Qubanovun təyinatına çox sevindim.
Qurban “Qarabağ” kimi keyfiyyətli komanda yarada bilibsə, Azərbaycan yığması da öz sözünü deyəcək. Hər şey göz qabağındadır. Bizim gözəl futbolçularımız var və onların dilini yalnız və yalnız Qurban Qurbanov bilə bilər”.
B.Əşrəfov bildirib ki, milli komandaya tapşırıqla oyunçu götürmək olmaz:
“Yoldaşlıq oyunlarının nəticələri önəmli deyil. Biz burada nələrisə öyrənirik.  Əgər futbol kimi böyük bir oyuna yenə də kimsə öz  adamını təklif edəcəksə, Qurbanov yox, Mourinyo da olsa xeyri yoxdur. Futbolda “mən ölüm”, “sən öl”, qohumbazlıq girmir. Ora tapşırıqla bir oyunçu getsə, komandadan heç nə gözləmə”.

Short URL: http://www.cumhuriyyet.net/?p=117015

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728