Beynəlxalq Bankın şöbə müdiri ölkədən qaçarkən tutuldu-FOTO

09.04.2018 - 17:55

Azərbaycan Beynəlxalq Bankının Gəncə filialının “Yeni Gəncə” şöbəsinin müdiri Cəlil Əlizadə həbs olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, ailəsi ilə birgə ölkədən qaçarkən sərhəddə saxlanılıb.

Məlumata görə, hadisə ötən gecə baş verib. Belə ki, bankın şöbə müdiri külli miqdarda vəsaiti (1 milyon manatdan artıq) mənimsəyib. Onun, hətta sərhədi keçdiyi, lakin sonradan saxlanılaraq geri qaytarıldığı bildirilir.

C. Əlizadənin, eyni zamanda banka qoyulan depozitləri oğurladığı, müxtəlif şəxslərin adına kreditlər rəsmiləşdirərək ələ keçirdiyi haqda məlumatlar var.

Hazırda Beynəlxalq Bankın rəhbərliyi Gəncəyə səfər edib. Məsələ ciddi şəkildə araşdırılır.

Məlumat üçün bildirək ki, ABB-nin Gəncə filialının müdiri iki ay əvvəl öz ərizəsi ilə işdən azad olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=117140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728