ABŞ, Britaniya və Fransa Suriyaya qarşı hərbi əməliyyata başlayıb

14.04.2018 - 10:00

ABŞ Fransa və Böyük Britaniya ilə birlikdə Suriyaya qarşı hərbi əməliyyata başlayıblar.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı deyib.

D.Tramp bildirib: “Mən ABŞ Silahlı Qüvvələrinə kimyəvi silah potensialı ilə bağlı obyektlərə yüksək dəqiqliklə zərbələr vurmağı əmr etmişəm. Hazırda Fransa və Birləşmiş Krallığın Silahlı Qüvvələri ilə birgə əməliyyat həyata keçirilir.”

Onun sözlərinə görə, Dəməşq kimyəvi silahdan istifadəni dayandırmayana qədər ABŞ Suriyaya qarşı “milli gücünün bütün vasitələrindən” istifadə etməyə hazırdır.

Tramp əlavə edib ki, ABŞ İran və Rusiya ilə münasibətlərin yaxşılaşacağına ümid edir, lakin bu baş verməyədə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=117413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728