Canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın – GİLEY

19.04.2018 - 12:39

Ölkənin mavi yanacaqla tam təmin olunması prosesi yekunlaşmaq ərəfəsində olsa da hələ də mavi yanacağın istisinə həsrət qalan insanlar, yüzlərlə ailələr var, onlarla kənd və qəsəbə v ar.

Belə kəndlərdən biri də Neftçala rayonu Astanlı kəndidir. Kəndə qonşu olan digər kəndlərdə mavi yanacaq olsa da sözügedən kəndin 300-ə yaxın ailəsi yanacaq üzünə həsrət qalıb.
Bununla bağlı BiG.AZ-a müraciət edən Astanlı kənd sakini, 70 yaşlı pensioner müəllim Məmmədov Ələkbər Səftər oğlu uzun illərdir mavi yanacağa həsrət qaldıqlarını, illərdir bu məsələ üçün döymədikləri idarə qapıları qalmadığını bildirib. O qeyd edib ki, rəsmi müraciətlər edilsə də ona heç bir cavab verilməyib.

Bundan əlavə şikayətçi bildirib ki, rayon üzrə bütün kəndlərdə qaz xətti çəkilib. Amma təkcə Astanlı kəndinə qaz xətti çəkilməyib. Cəmi 13 ailə Sovet dönəmindən qalma xəttlər vasitəsilə mavi yanacaq verilib və kəndimizi qazlaşdırılmış kənd kimi qələmə verərək digər sakinləri və hökuməti aldadırlar:

““Azəriqaz”, “Socar”, deputatımız və icra hakimiyyəti bu gün sabah deyə-deyə bizi yola verir. Ancaq mənim əldə etdiyim məlumata görə bizim kəndin qazlaşdırlma problemi kağız üzərində artıq həll olunub. Guya bizim kənddə qaz problemi həll edilib və bütün sakinlər mavi yanacaqla təmin edilib. Bizim kəndimizdə 300 ailə məskunlaşıb. Bundan 13 evə SSRİ-dən qalmış xəttlər çəkilib. Həmin 13 evin timsalında “Azəriqaz” ASC bildirir ki, güya bütün kənd qazlaşdırılıb. Mənə elə gəlir ki, burda böyük yeyinti olub. Bütün qonşu kəndlərdə qaz var. Əsas gülməli olan odur ki, qaz xətti bizim kəndin içindən keçir.Bizi niyə aldadırlar? Biz soyuqdan yaşaya bilmirik. Ayda 100 manat işıq pulu ödəyirəm. 250 manat pensiyamın 150-ni kommunala gedir. Müraciət etmədiyim idarə qalmayıb. Elə 100 manat təkcə göndərdiyim ərizələrə pul vermişəm. Onlara da cavab verilmir. Bütün kənd çıxılmaz vəziyyətdə qalıb. Yaşımızın bu vaxtında yığılıb mitinq edək? Bizi niyə yol kəsməyə, mitinq etməyə, ayağa qalxmağa vadar edirlər?! Biz problemi demokratik yolla həll etmək istəyirik. Bizə bir konkret cavab verilsin, ya desinlər canınız cəhənnəmə, sizə qaz vermirik, gedin odununuzu doğrayın, biz də işimizi bilək, ya da desinlər ki, 5 aya, 1 ilə qaz xətti çəkiləcək”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117713

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930