Fazil Məmmədovun adamı “Atena”nı satır – Qarşıdurma

21.04.2018 - 11:26

Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı “Atena” şirkətinin ləğv edilərək əmlakının distribyutorluq ilə məşğul olan “Avrora” şirkətinə satılması nəzərdə tutulur.

“Atena” şirkətinin satış müdiri Rəfail Rəsulovun “Marja”ya verdiyi məlumata görə, bir neçə il öncə, Fazil Məmmədov vergilər naziri olan dövürdə Nazirlikdə departament direktorunun müavini vəzifəsində çalışmış İsrafil Qasımov adlı şəxs “Atena” şirkətinə şərik edilib:

“İsrafil Qasımov “Atena”nın fəliyyətinin genişləndirilməsi niyyətilə şirkətə şərik edildi. Şirkətə nəzarət edə biləcək qədər pay yeni səhmdar İsrafil Qasımova satıldı. Bir neçə gün öncə İsrafil Qasımov “Atena” şirkətini “Avrora” şirkətinə satmağa qərar verdiyini və “Atena”nın bütün əməkdaşlarının işdən azad ediləcəyini bildirib. “Atena”nın tək satışda 200 nəfər işçisi mövcuddur. Bu qədər insanın qısa müddətdə ixtisar ediləcəyi narazılıq yaradıb”.

R. Rəsulovun sözlərinə görə, İsrafil Qasımovun göndərdiyi adamlar basqın edərək “Atena” şirkətinin Bakıdakı və Ağcəbədidəki ofislərini tutublar.
Rəfail Rəsulov əlavə edib ki, İsrafil Qasımov keçmiş vergilər naziri Fazil Məmmədovun adamıdır.mia.az

Short URL: http://www.cumhuriyyet.net/?p=117838

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728